XƏBƏRLƏR

SABAH tələbələrinin layihəsində iştirak etdikləri “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir

TƏLƏBƏLƏR

23 February 2018

Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq ixtisası üzrə SABAH qruplarının məzunları Yaqub Mehdiyev və Nəriman Abdinli Moskva şəhərinin məşhur “Zaryadye” parkının ərazisində inşa edilmiş “Üzən körpü” unikal piyada estakadasının layihəsində iştirak ediblər.

“Üzən körpü” estakadasının unikallığı onun konsolunun 70 metr uzunluğunda olmasıdır. Estakada Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir.

Layihənin baş mühəndisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH müəllimi Qulam Əliyevdir.

Xəbər lentinə abunə olun: