XƏBƏRLƏR

SABAH tələbələri “Azercell”-in tələbə təqaüdünə layiq görülüblər

TƏLƏBƏLƏR

25 January 2018

Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub.

  Mükafatlandırılma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub. 

  Təqaüdə layiq görülən tələbələr Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti Universiteti və Bakı Dövlət Universitetində təhsil alırlar. 

  Proqramın məqsədi təhsildə müvəffəqiyyətlə qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

  Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.

  Memorandum çərçivəsində 2017-ci ildə  SABAH qruplarının 7 tələbəsi “Azercell” şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib.

  Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir. 

#TəhsilNazirliyi  #EduAz #SABAH #Tələbə #Universitet


  

Xəbər lentinə abunə olun: