XƏBƏRLƏR

ADMİU-nun SABAH tələbələri MDB ölkələrinin teatr festivalında

TƏLƏBƏLƏR

26 April 2018

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs aktyor sənəti ixtisası üzrə SABAH tələbələri aprel ayının 20-25 tarixlərində Moskvada MDB ölkələri tələbələrinin Rusiya Teatr Sənəti İnstitutu (QİTİS) "QİTİS- master-klass" teatr festivalında iştrak ediblər.

SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nöfəl Vəliyev və müəllim Ruslan İsmayılov, tələbələr- Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd Musayev, Hüseynağa Aslanov beş gün müddətində müxtəlif tanınmış mütəxəssislərin ustad dərslərində, tələbə tamaşalarında iştirak etmiş, aprelin 23-də isə Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” tamaşasını nümayiş etdiriblər.

Xəbər lentinə abunə olun: