XƏBƏRLƏR

SABAH tələbələri “Gələcək üçün Startup” layihəsinin qalibləri oldular

TƏLƏBƏLƏR

16 March 2018

SABAH tələbələri “Gələcək üçün Startup” layihəsi çərçivəsində keçirilən biznes yarışda iştirak etdilər. 150-dən artıq 16-25 yaş arası gəncin iştirak etdiyi və ümumilikdə 10 komadanın qatıldığı bu müsabiqədə 1-ci və 2-ci yerlərin sahibi SABAH tələbələrindən ibarət komandalar olmuşdur.

Layihə çərçivəsində həyata keçirilən bu müsabiqədə real startup layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaradılmiş və ətraf mühit, qida və turizm istiqamətləri üzrə biznes layihələrı hazırlanmışdır. Konfransda bir sıra ölkələrdə startup ekosisteminin yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran iştirakçılarla öz peşəkar təcrübəsini bölüşmüşdür.

I yeri qazanmış “E-Donor” layihəsinin (Bakı Dövlət Universiteinin “Kimya” ixtisası üzrə SABAH tələbəsi Cəmil Ağasıyev, “Beynəlxalq münasibətlər” ixtisası üzrə SABAH tələbəsi Elgün Tağızadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” ixtisası üzrə SABAH tələbələri İlkin Hüseynov və Dərya Səfərova) əsas məqsədi onlayn məlumat bazası yaratmaqla donorların bütüb tibbi məlumatlarını özündə birləçdirən onlayn sistem yaratmaqla, məlumatları hər kəs üçün əlçatan etməkdir.

II yeri qazanmış “Horti” layihəsinin (Azərbaycan Texniki Universitetinin “İnfromasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə SABAH tələbələri Natəvan Abbasova, Natəvan Alıqızı, Ülvi Əzizli və Sərxan İsmayılov) əsas məqsədi mobil tətbiq vasitəsi ilə ev bitkilərinə qulluğunu asanlaşdırmaqdır.

Qeyd edək ki layihə SABAH qruplarının tərəfdaşlığı, Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun, İsrail dövlətinin Azərbaycandakı Səfirliyinin və Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə keçirilmişdir.

Xəbər lentinə abunə olun: