XƏBƏRLƏR

SABAH tələbələrinin Azərbaycan Respublikası Vergilər Nazirliyi əməkdaşları ilə görüşü keçirilmişdir.

TƏLƏBƏLƏR

27 April 2018

SABAH qruplarının 4-cü kurs tələbələrinin 26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi əməkdaşları ilə görüşü keçirilmişdir.

Görüşün məqsədi Vergilər Nazirliyi və onun tabeli struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda tələbələrə məlumat vermək, eyni zamanda onları Vergilər Nazirliyi orqanlarında çalışmağa həvəsləndiməkdir.

Xatırladırıq ki, görüş 3 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Vergilər Nazirliyi arasındasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.

Memorandum vergilər sahəsində gənc və peşəkar kadrların yetişdirilməsi, ali təhsil müəssisələri ilə birgə vergi və vergi tutma sahələri üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) mütəmadi dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və s. kimi nazirliklərarası birgə əməkdaşlıq məsələlərini əhatə edir.

Xəbər lentinə abunə olun: