SABAH BİLİK YARIŞMASININ təltifetmə mərasimi
TƏLƏBƏLƏR
26 April 2018Azərbaycan Respublikasının Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində cari ilin mart – aprel ayları ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş iki mərhələ və finaldan ibarət olmaqla, riyaziyyat, müəllimlik və informasiya texnologiyaları (İT) üzrə ümumilikdə 8 ali təhsil müəssisəsinin 520-dək SABAH tələbəsini əhatə edən Bilik Yarışmaları keçirilmişdir.
12, 14 və 16 mart tarixlərində yarışların I turu müvafiq olaraq, Bakı Dövlət Universiteti (riyaziyyat üzrə), Azərbaycan Dövlət Pedaqoji Universiteti (müəllimlik üzrə) və Azərbaycan Texniki Universitetində (İT üzrə) təşkil olunmuşdur.
Müvafiq fənlər üzrə 16, 18 və 20 aprel tarixlərində Bilik Yarışlarının II turu və final mərhələsi keçirilmişdir. Şəffaf, gərgin və ruh yüksəkliyi ilə keçən Bilik Yarışlarının qalibləri adına aşağıda adları çəkilən tələbələr layiq görülmüşlər.
RIYAZIYYAT ÜZRƏ BILIK YARIŞMASI
I yer Süleyman Bağırov
II yer Aytac Nəbiyeva
III yer Əfsanə Rzazadə
MÜƏLLIMLIK ÜZRƏ BILIK YARIŞMASI
I yer Tamara Əliyeva
IIyer Nərmin Mahmudova
III yerə Nərmin Səfərova
İNFORMASIYA TEXNOLOGIYALARI ÜZRƏ BILIK YARIŞMASI
I yer Süleyman Bağırov
II yer Cavid Əsədullayev
III yer Şəfəq Aslanzadə
25 aprel 2018-ci il tarixində SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları (İT) üzrə Bilik Yarışlarının təltifetmə mərasimi keçirilmişdir.
Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən yarışı yüksək qiymətləndirib.
Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin tədris dövründəki inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Nazir müavini bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov yarışın tələbələrin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.