Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yarış
TƏLƏBƏLƏR
26 May 2018SABAH qrupları və “Veysəloğlu” Şirkətlər Qrupunun birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Turnirdə 10 ali təhsil müəssisəsində 20 komanda olmaqla ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” intellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub.
İkinci yeri Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası, üçüncü yeri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fətəlity” komandaları qazanıb.
Qaliblərə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin “Teas Press” Nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub. Bundan başqa turnirin çempionu “Promotey” komandası 2500 AZN, ikinci yerin sahibi “Fenomen” komandası 1500 AZN, üçüncü yerə layiq görülən “Fətəlity” isə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən 1000 AZN pul mükafatı ilə təltif olunub.