Ümumi müddəalar
1.1. “SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” (bundan sonra Qaydalar) həmin qruplara tələbələrin seçilməsi ilə bağlı müsabiqənin keçirilməsini tənzimləyir.
Müsabiqənin təşkili
2.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
2.2. SABAH qruplarına tələbələrin qəbulunu həyata keçirmək üçün SABAH layihəsinin rəsmi İnternet saytında (www.sabah.edu.az) bu Qaydalar, “Elektron ərizə forması” və “Elektron ərizənin doldurulmasına dair təlimat” yerləşdirilir.
2.3. SABAH qruplarına tələbələrin qəbul prosesinin səmərəli təşkili və keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədi ilə apelyasiya komissiyası yaradılır.
2.4. Müsabiqədə iştirak etmək üçün SABAH qruplarının rəsmi internet saytına (www.sabah.edu.az) daxil olaraq elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulunun başlanma və bitmə vaxtı Təhsil Nazirliyi tərəfindən hər il müəyyənləşdirilir və elan edilir.
2.5. SABAH qruplarında təhsil ödənişli və ödənişsiz əsasda təşkil oluna bilər.
Müsabiqədə iştirak edənlərə dair tələblər
3.1. SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.
3.2. Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.
Müsabiqənin I mərhələsi
4.1. Müsabiqənin I mərhələsində SABAH layihəsinin rəsmi saytında (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizə formasını dolduran hər bir namizədin ərizəsi yoxlanılır. Qeyd olunan göstəricilər müsabiqə qaydalarına uyğun olduqda ərizə təsdiqlənir və bu haqda namizədin elektron poçt ünvanına ərizənin təsdiqi haqqında məlumat göndərilir.
4.2. İxtisas üzrə qeyri-baza ali təhsil müəssisələrində təhsil alan namizədlər müraciət etdikləri ixtisas üzrə baza və qeyri-baza ali təhsil müəssisələrinin birinci kursunun tədris planları arasındakı akademik fərqlərin 2-dən artıq olmadığı halda müsabiqənin növbəti mərhələsinə buraxıla bilərlər.
4.3. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsi olan test imtahanının keçirilmə vaxtı və məkanı barədə SABAH layihəsinin rəsmi saytı (www.sabah.edu.az) və Facebook səhifəsində (www.facebook.com/sabah.edu.gov.az) yerləşdirilən elan vasitəsilə məlumat əldə edirlər.
Müsabiqənin II mərhələsi
5.1. Müsabiqənin II mərhələsində iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini student.sabah.edu.az portalında yaradılmış şəxsi hesablarına daxil olmaqla əldə edirlər.
5.2. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə imtahanın keçiriləcəyi yerə gəlməlidirlər. Şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vəsiqəsi təqdim olunmadıqda namizəd imtahana buraxılmır.
5.3. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
5.4. Test imtahanı ingilis dili və məntiq komponentləri üzrə keçirilir. Nümunə suallar layihənin rəsmi internet saytında (www.sabah.edu.az) “Seçim şərtləri” bölməsində yerləşdirilir.
5.5. “Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə İngilis dili komponenti üzrə əlli (50) və məntiq komponenti üzrə əlli (50) sual təqdim edilir. Sualların cavablandırılmasına 2 saat vaxt ayrılır.
5.6. Namizədlərin İngilis dili komponenti üzrə qiymətləndirilməsi baza ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə I tədris ilinin I və/ və ya II semestrlərinin tədris planlarında İngilis dili fənninin mövcudluğundan asılı olaraq aşağıdakı qaydada aparılır.
5.6.1. Baza ali təhsil müəssisəsində seçilmiş ixtisas üzrə I tədris ilinin I və/ və ya II semestrlərinin tədris planlarında İngilis dili fənni mövcud olduğu halda, keçid balını toplamış namizədlər müsabiqənin III mərhələsində iştirak etmək imkanı əldə edirlər
5.6.2. Baza ali təhsil müəssisəsində seçilmiş ixtisas üzrə I tədris ilinin I və/ və ya II semestrlərinin tədris planlarında İngilis dili fənni mövcud olmadığı halda, namizədlər bu komponent üzrə keçid balını toplamadıqları təqdirdə də müsabiqənin III mərhələsində iştirak etmək imkanı əldə edirlər.
5.7. Müsabiqənin II mərhələsi üzrə qiymətləndirmə nəticələri (müvafiq ixtisaslar üzrə müəyyən olunmuş keçid ballarına əsasən) SABAH layihəsinin rəsmi internet saytında (www.sabah.edu.az) və Facebook (www.facebook.com/sabah.edu.gov.az) səhifəsində elan olunur.
5.8. Müsabiqənin II mərhələsində müvafiq ixtisaslar üzrə keçid balını toplamış namizədlər III mərhələdə (müsahibəyə) iştirak etməyə dəvət olunurlar. Müsahibənin keçirilmə vaxtı və yeri SABAH layihəsinin rəsmi