"GESCO" ASC fiziki mühafizənin təmin edilməsi prinsipləri əsasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən şirkət, Bakı şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.
"GESCO" ASC zəngin fəaliyyət təcrübəsi və 3000-dən artıq peşəkar heyəti ilə müxtəlif sahələrə mənsub 500-dən çox layihədə mühafizə xidmətini uğurla təşkil etməkdədir.
Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən "GESCO" beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli və peşəkar xidməti birləşdirir.
Dinamik dəyişən cəmiyyətdə qurum və şirkətlərin fəaliyyətinin mühafizə xidməti olmadan təsəvvür edilməsi mümkün deyil. Mühafizə sahəsində mümkün risklərin müəyyən edilməsi, onlara qarşı cavab tədbirlərinin görülməsi istiqamətində səmərəli fəaliyyətin təşkili mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlıq çərçivəsində fiziki mühafizə, informasiya təhlükəsizliyi, infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizə işinin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması, onlara texniki dəstəyin verilməsi də daxil olmaqla müxtəlif istiqamətlər üzrə müştərilərimizin ehtiyaclarına cavab verən keyfiyyətli xidmət göstəririk. GESCO şirkəti 15 illik iş təcrübəsi və professional əməkdaşları sayəsində Sizlər üçün mühafizə xidmətini yüksək dəqiqlik və peşəkarlıq prinsipləri çərçivəsində həyata keçirir.
Bizimlə əlaqəİnsanların, binaların, infrastruktur və obyektlərin mühafizəsinin təmin edilməsi
ƏtraflıYüksək dəqiqlik, planlaşdırma, tədbir iştirakçılarının təhlükəsizliyi
ƏtraflıYarandığı ildən bugünədək yerli və beynəlxalq təcrübədən istifadə edən "GESCO" bu sahədə sifarişçilərinə keyfiyyətli xidmət təqdim edir.
2009-cu ildən şirkətimizin tərkibində yaradılmış bu mərkəz, mühafizəçilərimizin bilik və bacarıqlarının artırılmasında, işlərini effektiv yerinə yetirmələrində ən qabaqcıl yardımçılarımızdandır.
Tərəfdaşlarının və müştərilərinin dinamik ehtiyaclarına uyğun xidmət təşkil edən GESCO müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edərək, peşəkar yerli xidmətlə texnologiyanın vəhdətini təmin edir.
GESCO əməkdaşlarına öz üzərində çalışmaq, təkmilləşmə imkanı yaradır və işinin peşəkarı olmaq üçün lazımi şəraitlə təmin edir.
Təlim, sağlamlıq və təhlükəsizlik, ayrı-seçkiliyə yol verilməməsi və digər prinsipləri özündə ehtiva edən, Avropa və beynəlxalq təcrübəyə əsaslanan Xüsusi Təhlükəsizlik şirkətləri üçün Sarayevo Davranış Kodeksi, GESCO tərəfindən tətbiq olunur və ildən-ilə təkmilləşir.
15 illik təcrübəyə dayanaraq keyfiyyətli xidmət göstərmək və müştərilərimizin məmnun qalmasını təmin etməyi özümüzə borc bilirik.