“SABAH Nə? Harada? Nə zaman?” intellektual turniri
TƏLƏBƏLƏR
13 Dekabr 2019SABAH qrupları və GameTV-nin birgə təşkilatçılığı ilə 13 fevral 2018-ci il tarixində SABAH tələbələri arasında “SABAH Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilmişdir.
Ümümilikdə 24 sualdan ibarət turnirdə muxtəlif ali təhsil müəssisələrinin tələbələrindən formalaşmış 20 komanda yarışaraq öz bilik və intellektlərini sınadılar. Sonda qalib gəlmiş “Stalker” (Qurban Qurbanov, Heydər Abdullayev, Rəsul Rəsulzadə, Sahib Həsənzadə, İlqar Ağasıyev, Manaf Mürsəlov) komandası və müvafiq olaraq 2-ci, 3-cü yer sahibi “Audeamus” (Şamil Həsənli, Aysel Abdullayeva, Mətləb Qurbanlı, Yağmur Məmmədli, Fərid Yahyayev, Eşqin Məmmədli) və “Spectrum” (Cavid Aslanlı, Azər Umudov, Nihad Abdullayev, Ülvi Əhmədov, Məhəbbət Əmənov, Həsənəli Babayev) komandaları sertifikatlar ilə mükafatlandırıldılar.
Qeyd edək ki, yarışda qalib gəlmiş “Stalker” komandası SABAH qruplarını bü mövsüm yayımlanacaq Breyn Rinq verilişinin televiziya versiyasında təmsil edəcək! Komandamızı təbrik edir və uğurlar arzu edirik!
Oyuna qatılan bütün digər komandalara oyunda iştirak üçün təşəkkür edirik!